Tərtərin bu kəndində miskin durumda 357 erməninin yaşadığı bilindi - FOTOLAR  

19:10 21.10.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tərtər rayonunun  hələ də Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin himayəsindəki sepratçı-terrorçu rejimin nəzarətində qalan Canyataq kəndində 108 erməni ailəsi (yaxud 357 nəfər) yaşayır.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni nəşrləri  kəndin qanunsuz “icma başçısı” Sasun Vanyana istinadla məlumat yayıb.

Qondarma “başçı”nın dediklərindən bəlli olur ki,  44 günlük savaşda Azərbaycanın qələbəsindən sonra kənddə daha 10 erməni “köçkün” ailəsi qanunsuz olaraq məskunlaşıb. Lakin sonradan onlardan 3-ü Tərtər rayonunun işğal altındakı Ağdərə şəhərinə köçüb.

S.Vanyan ermənilərin Canyataqda miskin durumda yaşadığını da bildirib: məktəb qəzalı vəziyyətdədir, uşaq bağçası yoxdur, içməli su sutkada yalnız bir saat verilir...

 Kənd sakinlərininn əksəriyyəti yaxınlıqda yerləşən, Ermənistanın “Baze metals” şirkətinin qanunsuz olaraq istismar etdiyi mis-molibden mədənində işləyir...

Siyasət rubrikasından digər xəbərlər